XİNdən Paşinyana CAVAB

09.01.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü bəyanatına cavab verib. 

"Unikal" xəbər verir ki, azərbaycanlı diplomat bu barədə özünün "X" hesabında yazıb. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Paşinyanı dediklərini sözdə yox, əməldə etməyə çağırıb: "Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə hamınızın “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə Konstitusiyanızda və milli qanunvericiliyinizdə təsbit olunmuş iddialarından imtina etmək prosesinə başlamaqdan bütün vasitələrlə bundan imtina edirsiniz?

Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz".

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью