Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Xarici İşlər Nazirliyi X hesabında 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.
Globalinfo.az xəbər verir ki, paylaşımda qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, ölkəmizin qüdrəti və ordumuzun şücaəti ilə qazandığımız 8 Noyabr – Zəfər Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi olaraq dalğalanmasını arzu edirik.
Bayramımız mübarək”. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.