Xırdalan Biləcəri xəttində qatarların hərəkət qrafiki dəyişdirildi

28.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Xırdalan-Biləcəri sahəsində dəmiryol infrastrukturunun yenilənməsi çərçivəsində körpünün bərpasına start verib.

Milli.Az xəbər verir ki, təmir işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişikliklər tətbiq olunub.

Bildirilib ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və marşrutda tətbiq edilən dəyişikliklər səbəbindən qatarların mənzilə çatma müddəti müvəqqəti olaraq uzadılıb.

Eyni zamanda, sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 84-dən 90-a yüksəldilib.

ADY-dən qeyd olunub ki, körpünün bərpası tamamlandıqdan sonra bu istiqamətdə qatarların hərəkət sürəti artırılacaq və cədvəl yenidən tənzimlənəcək. Bununla yanaşı, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşımanın da bərpası planlaşdırılır.

Şəhərətrafı qatarların hərəkətinin tədris ili başladıqdan qısa müddət sonra tam bərpa ediləcəyi gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью