Xırdalan istiqamətində metro stansiyası açılacaq? RƏSMİ CAVAB

28.08.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan istiqamətində metro xəttinin çəkiləcəyi və şəhərdə yeni metro stansiyasının inşa olunacağı barədə məlumatlar son günlərdə sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında yayılıb.

BAKU.WS-in məlumatına görə, sözügedən məlumatlar Xırdalanın sürətlə artan əhalisi və Bakı ilə şəhər arasında nəqliyyat əlaqələrinin yüklənməsi fonunda ictimai marağa səbəb olub.

Məsələ ilə bağlı metro xəttinin Xırdalana qədər uzadılmasının planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirmək üçün rəsmi "Bakı Metropoliteni" QSC-yə müraciət etdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, "Bakı Metropoliteni"nin inkişafı ilə bağlı 2023-cü il dekabr ayının 30-da qəbul edilmiş "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na və 2025-ci il yanvarın 30-da təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Xırdalan şəhərində metro stansiyasının tikintisi nəzərdə tutulmayıb.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью