Xırdalan Sumqayıt qatarı fəaliyyətə başlayır

25.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti yaxın vaxtlarda bərpa ediləcək.

Modern.az xəbər verir ki, bu barədə oxu.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

O qeyd edib ki, bu xətt üzrə qatarların fəaliyyəti sentyabrın 15-dən bərpa edilməli idi, lakin həmin xətt üzrə Biləcəri-Xırdalan sahəsindəki körpünün təmiri işləri ilə əlaqədar plan dəyişdi:

"Diaqnostika-infrastruktur qatarının monitorinqi zamanı həmin körpünün təmiri işlərinə başlanmasına zərurət yarandı. Yaxın vaxtlarda həmin körpüdə təmir işləri başa çatacaq, yoxlanışdan sonra sərnişin qatarları yenidən həmin xəttə buraxılacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью