Xırdalan və Masazırda 4ü azyaşlı olmaqla 31 nəfər təxliyə edilib

10.12.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, Abşeron rayonunun Xırdalan şəhərində və Masazır kəndində intensiv yağışlar nəticəsində subasmaya məruz qalmış fərdi yaşayış evlərindən 4-ü azyaşlı olmaqla 31 nəfər təxliyə edilib.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью