Xırdalanda 64 yaşlı qadın hədələnib

07.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunun Xırdalan şəhərində 64 yaşlı qadın hədələnərək sırğaları talanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qadın polisə müraciət edərək yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarının talamasını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью