Xırdalanda 64 yaşlı qadına qarşı quldurluq

07.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, 64 yaşlı qadın polisə yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarını talamasını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью