Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Xırdalan şəhərində, AAAF Park yaşayış kompleksinin qarşısında zibil qablarının olmadığı əraziyə tullantıların atılması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, ərazidə zibil qabları üçün nəzərdə tutulmayan sahəyə müxtəlif məişət tullantıları atılıb. Nəticədə burada antisanitar vəziyyət yaranıb.
Sakinlərin sözlərinə görə, tullantıların təyin olunmayan yerlərə atılması həm ətraf mühit üçün narahatlıq yaradır, həm də yaşayış kompleksinin və məhəllənin ümumi görünüşünü korlayır.
Eltac Zülfüqaroğlu