Xırdalanda ağaclar niyə kökündən çıxarılır? Abşeron RİH dən açıqlama

08.05.2026

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Xırdalanda yol kənarında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı videolar sosial şəbəkələrdə paylaşılıb və narazılığa səbəb olub.

Sitat.info olaraq, məsələni dəqiqləşdirmək üçün Abşeron RİH-in mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli ilə əlaqə saxladıq. 

O bildirdi ki, sözügedən ərazidə AAYDA tərəfindən magistral yol salınır: "Ağacların köçürülməsi ilə bağlı onlarda dövlət qurumundan rəy var. Layihə və görülən işlərlə bağlı AAYDA-dan məlumat ala bilərsiniz". 

Öyrəndik ki, bu istiqamətdə təzə M4 yolunun inşası aparılır və tıxacların aradan qaldırılması məqsədilə yeni yol çəkilir. 

Məğrur,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью