Xırdalanda antisanitar vəziyyət Yeni Gündəm

25.03.2025

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Kanalizasiya xətti tutulub, yollara, evlərin həyətlərinə və zirzəmilərə çirkab sular dolub… Ərazidə antisanitar vəziyyət yaranıb…

“Yeni Gundem” xəbər verir ki, görüntülər Abşeron rayonun Xırdalan şəhərindəndir.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətti 15 il bundan öncə elə küçə salınanda istifadəyə verilib. Həmin vaxt bu küçədə təqribən 5 ya 6 ev olub. Xətt də məhz həmin evin sayına görə nəzərdə tutulub. Ancaq illər keçdikcə yaşayanların və tikintilərin sayı çoxalıb. Bu gün istifadə edilən kanalizasiya xətti isə yenilənməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью