Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Xırdalan şəhəri, Qalubiyyə küçəsində sərnişin avtobusu çuxura düşərək hərəkətini davam etdirə bilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkə hesabında paylaşım edib. Hadisə noyabrın 26-da səhər saatlarında baş verib.
Belə ki, hərəkətdə olan 535 nömrəli müntəzəm marşrut xəttinə aid “Isuzu” markalı avtobusun təkərləri yolun qazılmış hissəsinə düşərək palçığa batıb.
Şikayətçinin sözlərinə görə, ərazidə qazıntı işləri aparılsa da, sonradan yol örtüyü bərpa edilməyib, qazılan hissəyə yalnız qum tökülüb. Yağışlı hava şəraiti nəticəsində həmin ərazidə palçıq yaranıb və bu da avtobusun hərəkətini çətinləşdirib.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229277.html