Xırdalanda avtomobil bir nəfərin üstündən keçdi

15.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Abşeronda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakı Quba yolunun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza keçirən sürücülərdən biri Elxan Əliyev avtomobildən düşərkən qarşı tərəfdən gələn digər avtomobil onun üzərindən keçib. Nəticədə E. Əliyev hadisə yerində ölüb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью