Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.
Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu