Xırdalanda bir nəfər mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb

28.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Xırdalanda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, Xırdalanda 22 yaşlı Vüsal Orucov adlı şəxslə bir neçə nəfər arasında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib və həmin şəxslər V. Orucovu döyərək ona bıçaqla xəsarət yetiriblər.

Hadisənin nə üstündə olduğu bilinmir. Bıçaqlanan şəxsin yaxınlıqdakı obyektlərin birində kuryer işlədiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью