Xırdalanda DƏHŞƏT: 65 yaşlı qadın 8 ci mərtəbədən özünü atdı

02.04.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xırdalanda dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Xırdalan şəhərindəki çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Orada yaşayan, 1960-cı il təvəllüdlü Həmidə Rəcəb qızı Quliyeva yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Onun intihar etdiyi ehtimal edilir. Yaxınları isə onun ehtiyatsızlıqdan yıxılaraq öldüyünü iddia edir.

Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью