Xırdalanda dönərxanada yanğın Sakinlər qorxudan evlərini tərk etdi

14.07.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Xırdalan şəhərində yaşayış binalarının birində yanğın qeydə alınıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər ki, Mehdi Hüseynzada 26 ünvanında yerləşən yaşayış binasının altında fəaliyyət göstərən dönərxanada alovlanma qeydə alınıb. Yanğın obyetin bacasında başlayıb.

Hadisədən təşvişə düşən sakinlər dərhal evlərini tərk ediblər. Əraziyə yanğınsöndürənlər çağırılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, çağırışa əsasən əraziyə yanğınsöndürənlər və texnika cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb və söndürülüb.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью