Xırdalanda doqquz yaşlı uşağı maşın vurdu

18.04.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью