Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 1-də Xırdalan şəhərində baş verib.
Neftçala rayon sakini, 1999-cu il təvəllüdlü Səməd həmin gün saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində arvadı Ülkərin ona maddi dəstək olmaması barədə irad bildirməsi səbəbindən aralarında mübahisələri yaranıb.
Ailə məişət zəminində yaranmış narazılıq üstündə mübahisə ediblər.
Həmin mübahisə əsnasında Səməd qadının üzərinə hücum edib, ona əl, yumruq zərbələri onun bədəninin müxtəlif nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışıq əldə etdiklərini bildiriblər. Zərərçəkən ərinə qarşı şikayətini geri götürdüyünü deyib.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 1-də Xırdalan şəhərində baş verib.