Xırdalanda evə BASQIN: 64 yaşlı qadına bıçaq çəkib qızıllarını aldı

07.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 64 yaşlı qadın polisə yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarını talamasını bildirib. 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью