Xırdalanda FACİƏ: özünə antibiotik vuran qadın öldü

26.02.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeronda özünə iynə vuran qadın ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.

Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub.

İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью