Xırdalanda maşın aşdı Sürücü yaralandı

25.10.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücü "Chery Tiggo" markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.

Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью