Xırdalanda maşını yolun ortasında saxlamaq dəb halını alıb VİDEO

05.03.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar Xırdalanda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücülərlə bağlı redaksiyamıza çoxsaylı şikayətlər ünvanlanır. Avtosfer.az xəbər verir ki, xüsusən ikinci cərgədə parklanan avtomobillərə daha tez-tez rast gəlmək olur. İkinci cərgədə dayanma halı o qədər artıb ki, birinci cərgədə dayanma-durma qaydasının pozulması adi hal kimi qəbul edilir.

Qeyd edək ki, daha 2 sürücünün qayda pozuntusu anbaan kameraya düşüb. Mehdi Hüseynzadə küçəsində qeydə alınan videodan aydın şəkildə görünür ki, 01-BY-736 qeydiyyat nişanlı "KIA" markalı və 42-CH-183 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüləri ikinci cərgədə dayanaraq hərəkətə mane olublar.

Sözügedən videonu təqdim edirik.

Könül Rauf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью