Xırdalanda məşhur şirkətinin işçisini maşın vurub öldürdü

08.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında "Azərsun" şirkətinin əməkdaşı, 49 yaşlı Ceyhun Məmişovu avtomobil vurub.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Qeyd olunur ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə də onun restorandan çıxıb evə getdiyi zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью