Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonunda 1989-cu il təvəllüdlü Məcid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 24-də Xırdalan şəhəri, Nizami küçəsində baş verib.
Şəki rayon sakini Məcid həmin gün gecə saat 4 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Gülərin ona növbəti dəfə evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşib.
O, həmin səbəbdən aralarında ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib.
Həmin mübahisə zamanı qadının üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun sifət, baş, boyun, qol, bədəninin müxtəlif nahiyələrindən ardıcıl vurub.
Daha sonra dişi ilə zərərçəkmiş şəxsin sağ ayaq nahiyəsini dişləyib, ardınca onun boğaz, yaxa nahiyələrindən əlləri ilə tutaraq sıxıb.
Bundan əlavə kişi arvadının saçından əlləri ilə tutara q döşəmə və divara vurub.