Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib. İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.