Xırdalanda sahibsiz itlər məktəblinin ayağını DİŞLƏDİLƏR

22.04.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda küçə itləri övladını hazırlıqdan gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağını da dişləyib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Yaxınlıqdakı vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa qarşı peyvənd olunublar.

Hadisə ilə bağlı ailələr ciddi narahatlıq içindədir və məsul qurumlardan kömək istəyirlər.

Ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью