Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? VİDEO

13.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Xırdalanda sakinlərin binanın qarşısındakı istirahət yeri hasara alınıb.

Ərazidə ağaçların kəsildiyi, keçmiş parkın yerində obyekt tikiləcəyi iddia olunur.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, sakinlər ərazinin uzun müddət baxımsız qaldığını, ətrafa məişət tullantılarının atıldığını deyirlər. Amma onların narahatlığı isə ərazinin zəbt olunması ilə bağlıdır.

Sözügedən ərazinin sahibi olduğunu bildirən Vüqar Əzizov isə sakinlərin iddialarını təkzib edib. Bildirib ki, sözügedən torpaq sahəsi vaxtilə qanuni şəkildə əldə olunub.

Abşeron Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ərazi 10 ildən artıqdır vətəndaşın çıxarış əsasında mülkiyyətindədir. Qeyd olunub ki, həmin ərazidə bir neçə dəfə antisanitar vəziyyət yarandığından mülkiyyətçiyə torpaq sahəsinin təmiz və səliqəli saxlanılması ilə bağlı müvafiq xəbərdarlıqlar edilib. Hətta cərimə də tətbiq olunub. İcra hakimiyyətinin ərazidə apardığı baxış zamanı isə hər hansı ağacın kəsilməsi faktı qeydə alınmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью