Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saytımıza daxil olan şikayətə əsasən, bu gün səhər saat 6:00-dan etibarən Xırdalan şəhərində su təchizatı dayanıb. Sakinlər uzun saatlardır susuz qaldıqlarını bildirirlər. Vətəndaşlar problemin tez bir zamanda aradan qaldırılmasını tələb edirlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Medialoq.az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərinin bəzi hissələrini içməli su ilə təmin edən xətdə qəza baş verib:
"Səhər saatlarından etibarən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bu səbəbdən suyun verilməsində müvəqqəti fasilə yaranıb. Gün ərzində su təchizatının əvvəlki rejimdə bərpa olunması planlaşdırılır".
Milli.Az