Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral kəmərdə aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 15-i gecə saatlarından etibarən 16 sentyabr gündüz saatlarınadək Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.