Xırdalanda su təchizatı müvəqqəti dayandırılıb

21.03.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Report”a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.

Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi səhər saatlarına qədər dayandırlacaq”, – məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью