Xırdalanda “Sushi N1” qalmaqalı

19.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sushi N1” restoranlar şəbəkəsinin Xırdalan filialının xidmət keyfiyyəti və müştəri münasibətləri ciddi narazılığa səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, müştərilərin verdiyi məlumata görə, saat 18:10-da yerləşdirilən sifariş 2 saatdan çox vaxt keçməsinə baxmayaraq ünvanına çatdırılmayıb. Narazı müştəri bildirib ki, gecikmə ilə bağlı rəsmi səhifələrdə və şərhlərdə edilən müraciətlərə və şikayətlərə də heç bir cavab verilmir:

“Sifarişin gecikməsi bir yana, müştəri ilə düzgün ünsiyyət qurulmaması daha böyük problemdir. Ən azından müştəriyə vaxtında məlumat vermək və şikayətinə cavab vermək borclarıdır. İnsanları saatlarla gözlətmək və üstəlik, şikayətlərini görməzdən gəlmək böyük hörmətsizlikdir”. pizza sifarişi

Gecikmə ilə bağlı hər hansı əsaslandırılmış açıqlama verməyən filialın bu addımı müştərilər tərəfindən sərt tənqid olunub. Zərərçəkən müştərilər “Sushi N1” rəhbərliyindən Xırdalan filialında yaşanan bu özbaşınalıq və məsuliyyətsizliklə bağlı təcili tədbir görülməsini tələb edirlər.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью