Xırdalanda tikilən binada faciə

22.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 09 radələrində 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi Xırdalan şəhəri ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью