Xırdalanda yarımtikilidə YANĞIN

03.04.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Xırdalanda yanğın hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə "Kənd Xırdalan" adlanan ərazidə qeydə alınıb.

Məsələ ilə bağlı FHN-dən BAKU.WS-ə bildirilib ki, FHN-in 112 "qaynar xətti"nə Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşfiq küçəsində yanğın olması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevikliyi sayəsində yarımtikilidə qeydə alınan yanğın genişlənməsinə imkan verilmədən qısa müddət ərzində söndürülüb.

Hadisə yerindən kadrları təqdim edirik:

View this post on Instagram

A post shared by @baku.ws_official

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью