Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Xırdalanda yaşayış binasında yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.