Xırdalanda yol qəzası: piyada öldü

09.11.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə ölüb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью