Xırdalanda yoldakı dərin çuxura təkər qoydular ŞİKAYƏT VİDEO

12.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunun Xırdalan şəhəri, Heydər Əliyev prospektində yolda yaranan dərin çuxur sürücülər üçün təhlükə yaradır.

Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri ərazidəki vəziyyəti əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşən yol hissəsində dərin çuxur yaranıb. Çuxurun içərisinə təhlükəsizlik məqsədilə avtomobil təkəri yerləşdirilib.

Sözügedən vəziyyət, xüsusilə ərazini tanımayan sürücülər üçün günün qaranlıq saatlarında ciddi risk yarada bilər. Çuxura düşən avtomobillər maddi zərər görə, hadisə isə yol-nəqliyyat qəzası ilə nəticələnə bilər.

Şikayətçi yolun bu hissəsinin təmir edilməsinin vacibliyini vurğulayaraq aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsinin zəruri olduğunu bildirib.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227773.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью