Xırdalanda yolları su basdı, avtobus quyuya düşdü Video

09.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalan şəhərinin Həsən Əliyev küçəsinə yağış və kanalizasiya suları dolub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayıb.

Bildirilib ki, iki gün davam edən yağıntılı hava səbəbindən Bakı Mühəndislik Universitetinə gedən yol (120 dairəsi deyilən ərazi) su ilə dolub. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə qeyri-mümkün olub.

Bu gün isə 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus su ilə dolmuş ərazidəki quyuya düşərək yararsız hala düşüb.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью