Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.
Milli.Az Report-a istinadla xəbər verir ki, yolu keçmək istəyən 36 yaşlı Yasəmən Dadaşovanı "Ford" markalı avtomobil vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)