Xırdalanda yolu qazıb yarımçıq qoydular Sürücülər çətinlik çəkir VİDEO

06.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yolun yarımçıq təmir olunması sürücülərə çətinlik yaradır.

Avtosfer.az xəbər verir ki, ərazidən keçən sürücülərdən biri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Sürücünün sözlərinə görə, avqust ayında su axını ilə əlaqədar yolun həmin hissəsində qazıntı işləri aparılıb. Lakin işlər tam başa çatdırılmayıb və qazılmış sahəyə asfalt örtüyü çəkilməyib.

Nəticədə yaranmış nahamar hissə, xüsusilə yola bələd olmayan sürücülər üçün problem yaradır. Bildirilir ki, avtomobillərin həmin hissədən keçməsi zamanı müxtəlif zədələrə məruz qalması və maddi ziyanla üzləşməsi mümkündür.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227605.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью