Xırdalandakı bu kafedə müştərilərə saxta araqlar verilirmiş FOTOLAR

24.11.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Kafedə “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda, etiket məlumatlarında qeyd edilən vergiödəyicisinin eyniləşdirmə nömrəsinin olmadığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub. Həmçinin toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью