Xırdalanın ən urvatsız svetoforu: Sürücülər qırmızı işığı saymır VİDEO

23.04.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 50-ES-806 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü qırmızı işıqda yolayrıcına daxil olaraq sola — Mehdi Hüseynzadə küçəsinə dönüb. Bu zaman o, sağdan və soldan gələn sürücülərin yolunu kəsərək hərəkətə mane olub.

Qeyd edək ki, bu kəsişmədə sürücülər svetoforun qırmızı işığına məhəl qoymadan kütləvi şəkildə qayda pozurlar.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью