Xiron retrosu bu bürcləri sınağa çəkəcək

15.09.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astrologiyada “Yaralı Şəfaçı” adlandırılan Xironun Qoç bürcündə retro hərəkətə başlaması bir sıra astroloji yozumlara görə insanlarda daxili yaraların və uzun müddət görməzdən gəlinən emosional məsələlərin yenidən gündəmə gəlməsinə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, sentyabrın ortalarından etibarən başlayan bu prosesin xüsusilə özünəinam, şəxsi sərhədlər, münasibətlər və fərdi duruşla bağlı mövzuları ön plana çıxaracağı bildirilir.
Qoç bürcündəki Xiron retrosu zamanı keçmişdə yaşanan inamsızlıqlar, basdırılmış incikliklər və insanın öz sərhədlərini qoruya bilmədiyi vəziyyətlər yenidən xatırlana bilər. Bu dövr həmçinin başqalarının gözləntilərini qarşılamaq üçün öz istəklərini arxa plana atan insanlar üçün daxili hesabat mərhələsi kimi qiymətləndirilir.
Astroloji şərhlərə görə, xüsusilə bəzi bürclər bu prosesdən daha güclü təsirlənə bilər.
Qoç
Xiron retrosu Qoçların şəxsi imici, özünəinamı və həyatdakı mövqeyi ilə bağlı məsələləri ön plana çıxara bilər. Keçmiş tənqidlərdən qaynaqlanan yetərsizlik hissi yenidən gündəmə gələ, şəxsi gücü və təşəbbüskarlığı bərpa etmək ehtiyacı yarana bilər.
Tərəzi
Tərəzilər üçün əsas mövzu münasibətlər və tərəfdaşlıqlar olacaq. Münasibətlərdə öz ehtiyaclarını nə qədər arxa plana atdıqları, təsdiq almaq üçün hansı güzəştlərə getdikləri daha aydın görünə bilər. Balanssız münasibətlərə sərhəd qoymaq və sağlam olmayan dinamikaları geridə buraxmaq gündəmə gələ bilər.
Xərçəng
Xərçənglərdə karyera, ictimai mövqe və peşəkar hədəflərlə bağlı məsələlər ön plana çıxa bilər. İş həyatında yetərincə qiymətləndirilmədiyini düşünmək, nüfuzlu şəxslərlə anlaşılmazlıqlar və öz bacarıqlarını nümayiş etdirməkdə tərəddüd kimi hallar yaşana bilər. Ailə və karyera arasında balans yaratmaq da əsas mövzulardan biri ola bilər.
Oğlaq
Oğlaqlar üçün ev, ailə və keçmişlə bağlı mövzular aktuallaşa bilər. Uşaqlıqdan qalan emosional yaralar, ailə daxilində yaşanmış incikliklər və aidiyyət hissi ilə bağlı məsələlər yenidən gündəmə gələ bilər. Bu proses keçmişin yükündən azad olmaq və daxili rahatlıq yaratmaq üçün fürsət kimi qiymətləndirilir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью