Xirosima Universitetində İkinci Dünya müharibəsi dövrünə aid partlamamış mərmi tapılıb

14.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Yaponiya təhlükəsizlik qüvvələri Xirosima Universitetində İkinci Dünya müharibəsindən qalma partlamamış hərbi sursat aşkar edib.

AZƏRTAC xəbər verir ki, universitetin açıqlamasında bildirilir ki, mərmi Kasumi şəhərciyində aşkar edilib.

Kiodo Xəbər Agentliyinin məlumatına görə, mərminin uzunluğu təxminən 90 santimetr, diametri isə 25 santimetrdir.

Hadisə yerinə polis və digər müvafiq qurumlar cəlb edilib. Universitet boşaldılıb, dərslər isə bir günlük dayandırılıb. Əraziyə giriş tamamilə məhdudlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью