Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qusar, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 1-də Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45, 46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi “Gigant Slalom” növü üzrə yarışıblar.
Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1-ci, rusiyalı xizəkçi Kristina Stepanova 2-ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızadə 1-ci, Arif Aşurbəyov 2-ci, Fərid Əliyev isə 3-cü yerə sahib olublar.
23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər. Oğlanların eyni yaş kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemət Bağısoy 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.
Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağızadə 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.
57+ kişilərin yaş kateqoriyasında Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2-ci, Firudin Hüseynov 3-cü pillədə yer alıblar.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.