Xızıda 13 kq narkotik və psixotrop maddə aşkarlanıb

05.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarlılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, nəticədə 5 kiloqrama yaxın marixuana, 8 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətimdə araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью