Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.
X X X
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.