Xızının prokuroru yol qəzasında ağır yaralanıb Açıqlama

17.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır. 

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirib ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью