Xmara Ukraynanın müdafiə naziri təyin edilib

19.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyinatını dəstəkləyib.

525.az xəbər verir ki, onun lehinə 312 deputat səs verib.

Xmaranın namizədliyini bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə təqdim edib. Bundan əvvəl o, müdafiə naziri vəzifəsini müvəqqəti icra edirdi.

Parlamentdə çıxışı zamanı nazir postunda əsas prioritetlərini açıqlayan Xmara, cəbhənin gücləndirilməsi və hərbçilərin silahla operativ şəkildə təmin olunmasını, Rusiya hərbi və strateji obyektlərinə uzaq və orta mənzilli zərbələrin endirilməsini, Ukrayna müdafiə sənayesinin inkişafı və silah istehsalının artırılmasını vurğulayıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью