Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yenidən doğma yurd-yuvalarına qayıdan xocalılılar oturub Qarqarın kənarındakı çayxanada, olub-keçənlərdən danışırlar. Söhbət Bakıdakı müharibə canilərinin məhkəmə prosesindən gedir.
Ağsaqqallardan biri o birisindən soruşur:
- Vitali Balasanyan əlinə düşsə neyləyərsən?
Ağsaqqal bir az fikirləşib deyir:
- Lomun bir tərəfini kürədə qıpqırmızı qızardardım, sonra soyuq tərəfin soxardım Balasanyanın lazımi yerinə.
- Niyə soyuq tərəfin?
- Makron çəkib çıxarda bilməsin!